Çexiyada yaşayan Azərbaycan vətəndaşlarına Səfirlik tərəfindən müraciyyət





Əziz həmvətənlərimiz,


COVİD-19 yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı Çexiya Respublikası ərazisində 2020-ci ilin 12 mart tarixindən 30 gün müddətinə qədər fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar Səfirlik Azərbaycan Respublikası vətəndaşlarına tövsiyə edir:


COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı Çexiya Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlar və tövsiyələrə ciddi şəkildə əməl edilməsi – aşağıdakı internet səhifələrində yerləşdirilmiş məlumatlarla tanış olunması

https://www.vlada.cz/…/ak…/vyhlaseni-nouzoveho-stavu-180234/


Koronavirus infeksiyasına dair hər hansı sual olacağı təqdirdə Praqa şəhərinin gigiyena idarəsi tərəfindən yaradılmış qaynar xətt +420 773 782 856 telefon nömrəsi vasitəsilə müraciət edilməsi.

Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədər azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi,


COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı vətəndaşlarımızın Səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +420 246032424 və yaxud 24 saat ərzində +420 731453555/+420 776677676 qaynar xətt vasitəsilə müraciət edilə bilər.

Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Təcili konsulluq məsələləri ilə bağlı prague@mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.


Hər hansı fövqəladə vəziyyətdə vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına düşmələri zəruri hesab edilir.


Çex Respublikasında epidemioloji vəziyyət ilə əlaqədar olaraq AR vətəndaşların səfirliyinin konsulluq qeydiyyatına düşmələri üçün Səfirliyin elektron poçt ünvanına (prague@mission.mfa.gov.az) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya Çexiyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).


Hörmətlə,

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi

45 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.