Azərbaycanlı jurnalist Suriyanın Hələb şəhərində yerləşən Nəsimi məqbərəsini ziyarət etdi



"Mədəniyyət" qəzetinin jurnalisti Orxan Əzimov Suriyada 28 noyabr - 3 dekabr tarixlərində ezamiyyetdə olduğu zaman Hələb şəhərində yerləşən Nəsiminin məqbərəsini ziyarət etdi. Müharibə zamanı zədələnən məqbərənin vəziyyəti


XV əsrin əvvəllərində hürufiliyin zəngin elmi-ilahi əsaslarını başqa ərazilərdə yaymaqdan ötrü Nəsimi bir çox yerlərə səyahət edib. Fəzlullah Nəimi ideyaları və öz poeziya inciləri düşdüyü yerlərdə yaxşı qarşılansa da, həmin ərazilərin hakim dairələri tərəfindən təqiblərə məruz qalıb. Osmanlı zindanlarında bir neçə dəfə həbs edilən Nəsimi Suriyanın Hələb şəhərində öz moizələrini oxuyarkən aşkar olunub və həbs edilib.


Məlumatlara görə, iki dəfə keçirilən məhkəmədə Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında Nəsimiyə ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi "Künuzüz-zəhəb, tarixi-Hələb" adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi mühakiməsi zamanı kəlmeyi-şəhadət gətiribmiş. Buna görə, məhkəmədə hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışdılar.


Buna baxmayaraq, o zaman Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunub, ona çıxarılan bədnam hökm öldürülüb, dərisinin soyulması olub.


Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.


1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Cahana sığmayan şairin qərib məzarı" alı məqaləsində böyük şairdən bəhs edib.


Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.


Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı" adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona "Nəsimi təkyəsi" deyirlər".






10 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.