Azərbaycanlı xanımlar ölkəmizi Praqada keçirilən beynəlxalq sərgidə uğurla təmsil ediblər

Çexiyanın paytaxatı Praqada yerləşən “Lucerna” sarayında, beynəlxalq “ Doll Praga 2019” - kuklalar sərgisi keçirilib. Burada bədii yaradıcılıq məhsulu– tətbiqi sənət nümunəsi kuklalarla yanaşı, marionet teatrlarında istifadə edilən kuklalar da nümayiş olunurdu.


Vəfa Aşumova (sağdan birinci)- Doll Prague 2019


Noyabrın 8-dən 10-dək fəaliyyət göstərən sərgidə 40 ölkədən gələn 130 sənətçi, ziyarətçilərə 1920-1930-cu illərin dəblərinə uyğun geyimdə kuklalar, marionetkalar və oyuncaq əşyalarında yaradıcılıq zövqü əksini tapan başqa əl işləri təqdim etmişlər. Sərgidə Azərbaycandan Elmira Abbaslı və Çexiyada yaşayan soydaşımız Vəfa Aşumova da öz gözəl əl işlərini nümayiş ediblər.


“Biz Praqaya yeni köçəndə burada ilk dəfə kukla sərgisinin keçirilməsi haqqında elan gözümə dəydi. Düşündüm ki, yəqin çox maraqlı sərgi olar və onu ziyarət etdim. Doğrudan da, gördüklərim məni heyran etdi və ürəyimdə bu sənətlə məşğul olmaq qərarına gəldim və başladım məlumat toplamağa. Kitab alırdım, əl işləri satılan mağazalara gedib müvafiq işlərlə tanış olurdum və ondan sonra birinci kuklamı yaratdım. İndiyə kimi o ilk kuklamı evdə xatirə kimi saxlayıram. İndiki sərgidə isə bizim milli geyimdə olan kukla ilə “Doll Prague” kukla sərgisində iştirak edirəm.”


Bu sərginin əsas məramı, Çexiyanın Birinci Respublika (1918-1938 illər) dövrünün geyim və aksesuarlarında həyat tərzini nümayiş etmək idi.

Vəfa xanımın sözlərinə görə, o, 2010 ildə Çexiyaya gələndən bəri bu sənət ilə məşğul olur.


Vəfa Aşumova - Doll Prague 2019

“Biz Praqaya yeni köçəndə burada ilk dəfə kukla sərgisinin keçirilməsi haqqında elan gözümə dəydi. Düşündüm ki, yəqin çox maraqlı sərgi olar və onu ziyarət etdim. Doğrudan da, gördüklərim məni heyran etdi və ürəyimdə bu sənətlə məşğul olmaq qərarına gəldim və başladım məlumat toplamağa. Kitab alırdım, əl işləri satılan mağazalara gedib müvafiq işlərlə tanış olurdum və ondan sonra birinci kuklamı yaratdım. İndiyə kimi o ilk kuklamı evdə xatirə kimi saxlayıram. İndiki sərgidə isə bizim milli geyimdə olan kukla ilə “Doll Prague” kukla sərgisində iştirak edirəm.



Vəfa Aşumova - Doll Prague 2019

Mən bütün kukla yaradıcılıq prosesindən zövq alıram. Kuklanın bədənini xüsusi kağız gilindən (ingiliscə: paper clay) düzəldərək onu havada quruduram və o, sanki çox yumşaq taxtaya dönür. Sonra kukla lazımı insan dərisi tonunda boyanır. Paltarın tikilməsi üçün mən yalniz xalis təbii parçaları işlədirəm, xırda naxış və zinət əşyalarını isə Praqada yerləşən antikvar mağazalarda axtarıram”.



Əlavə edək ki, Vəfa-xanım ildə təxminən on iki kukla yaradır və adətən onları ya Praqanın bədii kuklalar qalereyasında ya “Doll Prague” sərgisində nümayiş etdirir.


92 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.