
Böyük sevinclə nəzərinizə çatdırırıq ki, Praqada "Azerbaijani Community in the Czech Republic z.s." diaspor təşkilatının nəzdində “Buta” həftəsonu məktəbi təşkil olunacaqdır.
Məktəbdə uşaqlar Azərbaycan diliylə bərabər milli mədəniyyətimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı və tariximizi öyrənə bilərlər. Dərslər ayda 2 dəfə bazar günləri saat 10-dan - 12-dək keçiriləcək. Məşğələlər müəllimələrimiz Rəna və Leyla xanım tərəfindən aparılacaq.
Ilk tanışlıq dərsi noyabrın 10-da Azərbaycan Səfirliyinin binasında baş tutacaq.
Maraqlananlar +420731453555 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Ünvan: Na Zatorce 17, Praqa 6
Hörmətlə, Eldar Vəliyev