Ehtiyacı olan həmvətənlərə ACCR-dan ərzaq dəsti verilir

Aktualizace: 6. říj 2020


Əziz həmvətənlər,


Hər birinizə məlumdur ki, COVID-19 pandemiyasına görə demək olar ki, Avropanın və dünyanın əksər ölkələrində karantin rejimi tətbiq olunub. Çexiyada yaşayan, oxuyan və eyni zamanda çalışan soydaşlarımızdan bəziləri hal hazırda iş yerləri bağlandığı üçün müəyyən çətinliklərlə üzləşiblər.

Hal hazırda kirayələrin ödənilməsində yaranmış borclarla Sizə kömək edə bilməsək də (büdcəmizdə bu miqdarda maliyyə vəsaitlərin olmamasına görə) qida məsələsində kömək edə bilirik.

Kimin real ehtiyacı varsa, Azerbaijani Community in the Czech Republic təşkilatımızın info@azcomin.cz elektron ünvana müraciət edərək bizdən 14 günlük ərzaq dəsti ala bilər. Mətndə, imkan daxilində, özünüz haqqınızda və yaranmış vəziyyət haqqında məlumat verin, yaşadığınız ünvanı, telefon nömrənizi və tələbəsinizsə oxuduğunuz universitetinin adını və təhsilinizi göstərin.

Aprelin 15-nə qədər artıq 6 dəst paylanılıb. Bu ərzaqların alınmasında və digər məsələlərdə bizə göstərdiyi dəstəyə görə Kənan bəyə, Fərhad bəyə, Elmira xanıma və Azərbaycanın Çexiyadakı Səfirliyinin Konsulu Fərid müəllimə öz təşəkkürümüzü bildiririk. Bu gərgin günlərdə həmrəy olduğunuz üçün çox sağ olun!




403 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.