Bakıda İkinci “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib





Bakıda İkinci “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib. Festival Çexiyada daimi olaraq yaşayan soydaşımız Rəşid Ağamalıyev təsisçiliyi ilə Azərbaycan animasiyasının 50 illiyinə həsr olunub. “İkinci “Animafilm”in mövzusu Çexiya animasiyasıdır.



“Sevindirici haldır ki, artıq festivalda iştirak etmək üçün 30 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digər ölkələrdən 250 müraciət daxil olub və bu rəqəm günbəgün artmaqdadır”

“Sevindirici haldır ki, artıq festivalda iştirak etmək üçün 30 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digər ölkələrdən 250 müraciət daxil olub və bu rəqəm günbəgün artmaqdadır“, o qeyd edib.


Tədbir zamanı yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları və digər tədbirlər keçirilib.



Festivalın şüarı “Ənənə və inkişafa yeni baxış” adlanır. Festivalın icraçı direktoru Afaq Yusifli qeyd edib ki, burada uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim edilib. 50 ölkədən 250-dən çox müraciət edilsə də, müsabiqədə 54 film iştirak edib.


Festivalda “Tıq-tıq xanımın” müzakirəsi təşkil olunub. Senari müəllifi İntiqam Qasımzadə müzakirə zamanı cizgi filmi barədə danışıb.

37 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.