Praqada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib


Azerbaijani Community in the Czech Republic (ACCR) və ölkəmizin Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı, Azərbaycanın Karlovı Varı şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə Praqada yerləşən “Prezident” Otelində 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş fotosərgi açılıb. ACCR tərəfindən hazırlanmış sərgidə Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Litva və Gürcüstanda da törətdikləri qırğınlar haqqında fotolar və məlumatlar nümayiş etdirilib.


Sərginin açılış mərasimində Azərbaycanın Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında ətraflı məlumat verib. ACCR-ın sədri Eldar Vəliyev çıxış edərək bildirib ki 20 Yanvar hadisələri Azərbaycanda, 1989-cü ilin aprel hadisələri Gürcüstanda və 1991-ci ilin yanvar hadisələri Litvada bu üç xalqların vətəndaşları Sovet qoşunlarına qarşı çıxaraq öz xalqlarını müstəqilliyə doğru aparıblar.


Nitqin sonunda Vəliyev sərgidə iştirak edən Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələrini və Azərbaycan icmasının üzvlərini bütün üç ölkədə müstəqilliy uğrunda həyatlarını qurban verən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etmək təklif edib.


Ekspozisiyada fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində tədbir iştirakçılarına

hadisələrlə bağlı ətraflı məlumat verilib.



21 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.