Praqada “Buta” həftəsonu məktəbi açılıb




Noyabrın 10 Çexiyada fəaliyyət göstərən "Azerbaijani Community in the Czech Republic " cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Praqadakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın uşaqları üçün təsis edilmiş "Buta” həftə sonu məktəbinin birinci dərsi keçirilib.




“Həftəsonu məktəbin yaradılmasında əsas məqsəd vətəndən uzaqlarda böyüməkdə olan nəsilə ana dilini öyrətmək, onları xalqımızın adət-ənənələri, tarixi, mədəniyyət irsi ilə tanış etməkdən ibarətdir.”

Həftəsonu məktəbin təşkilatçısı, Eldar Vəliyev tədbiri açaraq, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb bildirib ki, həftəsonu məktəbin yaradılmasında əsas məqsəd vətəndən uzaqlarda böyüməkdə olan nəsilə ana dilini öyrətmək, onları xalqımızın adət-ənənələri, tarixi, mədəniyyət irsi ilə tanış etməkdən ibarətdir. Öz nitqində o birdə məktəbin təşəbbüsçüsü olan çex vətəndaşı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Çexiyada nümayəndəsi Elşad Tagiyeva öz dərin minnətdarlığını bildirib.


Qeyd edək ki, ACCR təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alacaq. Ayda iki dəfə keçirilən dərslərdə müəllimlər Leyla Musayeva və Rəna Abubekirova uşaqlara başqa bilgilərlə yanaşı ilk növbədə Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edir.












335 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.