Praqada Xocalı soyqırımından bəhs edən film nümayiş olunub



Fevralın 25-də saat 17:00-da Praqa şəhərinin mərkəzində yerləşən Lucerna sarayının kiçik kinozalında Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filmi nümayiş olunub.


AZƏRTAC xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Etibar Abdullayev tədbirdə çıxış edərək 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan Ermənistan hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir.


Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

7 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.