Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi Praqada nümayiş olunacaq

Aktualizace: 27. úno 2020



Fevralın 25-də saat 17:00-da Praqa şəhərinin mərkəzində yerləşən Lucerna sarayının kiçik kinozalında Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin nümayişi keçiriləcək.


Filmin rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən "Sonsuz dəhliz" filmi litvalı jurnalist Riçard Lapaytisin müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.


"Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur", - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.


Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri "Sonsuz dəhliz"də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.


Lucerna sarayının ünvanı:

Kino Lucerna, Vodičkova 36,

Praha 1, 110 00


Giriş PULSUZDUR.

7 zobrazení

Přihlaste se k aktualizaci zpáv

  • YouTube
  • Facebook
  • Instagram

© Azerbaijan Community in the Czech Republic, 2019.